Bank Of Baku

DGK Azərbaycandan Rusiyaya pomidor daşıyan yük maşınları ilə bağlı məlumatlara aydınlıq gətirib

DGK Azərbaycandan Rusiyaya pomidor daşıyan yük maşınları ilə bağlı məlumatlara aydınlıq gətirib
# 20 may 2017 11:32 (UTC +04:00)

Dövlət Gömrük Komitəsi (DGK) Azərbaycandan Rusiyaya pomidor daşıyan yük nəqliyyat vasitələri ilə bağlı yayılan məlumatlara aydınlıq gətirib.

 

DGK-nın Mətbuat Xidmətindən “APA-Economics”ə verilən məlumata görə, ötən gün bir sıra kütləvi informasiya vasitələrində ölkəmizdə pomidorun qiymətinin kəskin ucuzlaşması və buna Azərbaycandan Rusiyaya pomidor daşıyan yük nəqliyyat vasitələrinə bu ölkə ərazisində gömrük nəzarətinin sərtləşdirilməsinin - konkret olaraq avtomobillərin daşıdığı yükün çəkisinə hədd qoyulmasının səbəb olduğu bildirilib.

 

Komitə bildirir ki, hazırda Azərbaycandan Rusiyaya pomidor daşıyan yük nəqliyyat vasitələri ilə bağlı yayılan məlumatlar həqiqəti əks etdirmir: “Belə ki, gömrük sərhədindən keçən avtomobillərin beynəlxalq yükdaşımalara dair norma və qaydalara riayət etmələrinə ciddi nəzarət olunur və buna görə də Rusiyaya pomidor aparan avtomobillərim sərhəd keçmə prosesində hər hansı problem yoxdur. Qeyd edək ki, son 2 gün ərzində şimal sərhədimizdən Rusiyaya 85 yük avtomobili və 49 vaqon pomidor məhsulu heç bir maneə olmadan ixrac edilib”.

 

DGK onu da bildirir ki, iki ölkənin qarşılıqlı gömrük-keçid məntəqələrində yaranan hər hansı problem gömrük xidmətləri rəhbərləri arasında aparılan danışıqlar vasitəsilə operativ şəkildə öz həllini tapır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR