Bank Of Baku

Donald Trampın Bakıdakı layihəsindən əldə etdiyi vəsaitin həcmi açıqlanıb

Donald Trampın Bakıdakı layihəsindən əldə etdiyi vəsaitin həcmi açıqlanıb
# 16 dekabr 2016 12:18 (UTC +04:00)

ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp ötən gün mətbuat konfransı keçirərək biznesindən imtina etməsini elan edəcəkdi. "APA-Economics" "Bloomberg" agentliyinə istinadən xəbər verir ki, ötən gün yeni prezident mətbuat konfransını yanvaradək təxirə salıb.

 

D. Trampa məxsus "Trump Organization" bəyan edib ki, yeni seçilmiş prezidentin andiçmə mərasimindən öncə "Trump" brendi altında fəaliyyət göstərmək istəyən hər hansı layihəyə lisenziya verilməyəcək. Daşınmaz əmlak maqnatının təşkilatı konkret olaraq Braziliya və Azərbaycandakı layihələri misal gətirib. "Trump Organization" qeyde dib ki, bu addımla andiçmə mərasimindən öncə "maraqların toqquşmasının qarşısını almaq mümkün olacaq".

 

Təşkilatın icraçı vitse-prezidenti Alen Qarten isə ötən gün qeyd edib ki, "Trump Organization" "təmizlik" işləri və gələcəkdə reallaşdırılacaq layihələrin dəyərləndirilməsi ilə məşğuldur.

 

D. Trampın 20 müxtəlif ölkədə daşınmaz əmlakları var. Maraqlıdır ki, Braziliyanın Rio-de-Janeyro şəhərində yerləşən otelin önündən "Trump" yazısı yığışdırılıb.

 

Bakıda reallaşdırılan 30 mərtəbəli "Trump Tower" layihəsinə toxunan "Bloomberg" yazır ki, işlərin 2/3 başa çatıb: "Layihənin icrası məşğul olan şəxslərdən biri açılış mərasiminin yaxın vaxtlarda başa çatacağını iddia etsə də, işçilər deyir ki, layihə fevral ayında istifadəyə veriləcək. Razılaşmaya əsasən, Donald Tramp 2014-cü ilin ortalarından etibarən 3 mln. dollar alıb".

 

Bununla yanaşı, agentlik qeyd edir ki, Bakıda reallaşdırılan "Trump Tower" layihəsi "Trump Organization" təşkilatının saytından çıxarılıb. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR