Bank Of Baku

Dövlət Əmək Müfəttişliyi Xidməti ölkə üzrə iri işəgötürənlərdə əməyin mühafizəsinə dair maarifləndirmə tədbirləri keçirir

Dövlət Əmək Müfəttişliyi Xidməti ölkə üzrə iri işəgötürənlərdə əməyin mühafizəsinə dair maarifləndirmə tədbirləri keçirir
# 08 aprel 2015 11:52 (UTC +04:00)

Bakı. Vüsal Nəbiyev - APA-Economics. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti tərəfindən “Təhlükəsiz iş aylığı” çərçivəsində Bakı, Mingəçevir və Gəncə şəhərlərində, Lənkəran və Bərdə rayonlarında yerləşən iri işəgötürənlərdə malik müəssisələrdə əməyin mühafizəsinə dair maarifləndirmə tədbirləri keçirilib.

 

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən “APA-Economics”ə verilən məlumata görə,  görüşlər zamanı əmək qanunvericiliyi, xüsusən əməyin mühafizəsi və təhlükəsizliyi ilə bağlı norma və standartlar, qaydalar barədə işçi və işəgötürənlərə ətraflı məlumatlar verilib, işçinin həyat və sağlamlığının müəssisənin iqtisadi maraqlarından üstün tutulduğu vurğulanıb.

 

Əməyin mühafizəsi, istehsalat qəzaları və peşə xəstəliklərinin qarşısının alınması üçün profilaktik tədbirlərin görülməsi sahəsində işəgötürənlərin vəzifələri, habelə bu vəzifələrin yerinə yetirilməməsinə görə qanunvericilikdə nəzərdə tutulan cəza tədbirləri də işəgötürənlərin nəzərinə çatdırılıb.

 

Son illərdə DƏMX tərəfindən əmək qanunvericiliyinə əməl olunmasına, habelə iş yerlərində əməyin mühafizəsinin təşkilinə dövlət nəzarətinin gücləndirilməsi, eləcə də təbliğat-maarifləndirmə  yönündə görülən işlərə də toxunulub. Bildirilib ki, görülən təsirli tədbirlər ölkəmizdə istehsalat qəzalarının, habelə bu hadisələr zamanı ölən və ya xəsarət alanların sayının kəskin şəkildə azalmasına şərait yaradıb. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR