Bank Of Baku

Dövlət Gömrük Komitəsi sahibkarlar üçün növbəti seminar keçirilib

Dövlət Gömrük Komitəsi sahibkarlar üçün növbəti seminar keçirilib
# 25 dekabr 2015 13:28 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Bu gün Ümumdünya Gömrük Təşkilatının Bakı şəhərində yerləşən Potensialın Gücləndirilməsi üzrə Avropa Regional Ofisində “Biznes subyektləri üçün əlverişli şərait yaradılması məqsədilə gömrük prosedurları və əməliyyatları üzrə tətbiq edilən sadələşdirmələr” mövzusunda seminarın 2-ci mərhələsi keçirilib.

 

Dövlət Gömrük Komitəsindən “APA-Economics”ə verilən məlumata görə, seminarın açılışında çıxış edən Dövlət Gömrük Komitəsi Gömrük Nəzarətinin Təşkili Baş İdarəsinin rəisi Cavad Qasımov sahibkarlığın inkişafına dəstəyin daha da artırılması, ölkəmizdə sahibkarlıq subyektlərinin fəaliyyətinin təşviq edilməsi istiqamətində gömrük orqanlarının atdığı addımlar barədə məlumat verib.

 

Seminar çərçivəsində Dövlət Gömrük Komitəsinin Gömrük Nəzarətinin Təşkili  və Maliyyə Tarif və Valyuta Nəzarəti Baş İdarələrinin əməkdaşları “Bəyanetmə proseduru. Gömrük Bəyannamələrinin verilməsi prosesində tətbiq edilən sadələşdirmələr”, “Gömrük ödənişlərinin hesablanması, tətbiqi və ödənilməsi prosesi”, “Gömrük əməliyyatı və prosedurları”, Gömrük sərhəd prosedurlarının sadələşdirilməsi” və digər  mövzularda sahibkarları məlumat-landırıb, onları maraqlandıran suallara ətraflı cavab veriblər.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR