Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Bu ilin iyun ayında Azərbaycan Dövlət Gömrük Komitəsinin (DGK) xətti ilə büdcəyə 140 mln. 261,92 min manat həcmində vergi daxil olub.
“APA-Economics”in DGK-ya istinadən verdiyi məlumata görə, bu, 2014-cü ilin müvafiq dövrü ilə müqayisədə 3,65% çoxdur. Ötən may ayı ilə müqayisədə isə bu rəqəm 1,1% azdır.
Hesabat ayında gömrük rüsumları üzrə dövlət büdcəsinə daxilolmalar 39 mln. 361,03 min manat, idxal edilən malların əlavə dəyər vergisi üzrə 92 mln. 728,64 min manat, aksizlər üzrə 6 mln. 371,42 min manat manat, yol vergisi üzrə isə 1 mln. 800,84 min manat təşkil edib.