Bank Of Baku

Dövlət Komitəsi: İnvestorlarla güzəştlər barədə danışıqlara hazırıq

Dövlət Komitəsi: İnvestorlarla güzəştlər barədə danışıqlara hazırıq
# 08 iyun 2017 10:40 (UTC +04:00)

"Ötən ilin avqust ayından etibarən indiyədək dövlət əmlakının özəlləşdirilməsi ilə bağlı 35 hərrac keçirilib". "APA-Economics" xəbər verir ki, bunu Azərbaycan - Avropa İttifaqı biznes forumunda Əmlak Məsələləri Dövlət Komitəsinin sədr müavini Rafiq Cəlilov deyib.

 

Onun sözlərinə görə, bu hərraclarda 1100-dən çox əmlak hərraca çıxarılıb: "Azərbaycanda səhiyyə, turizm, ictimai iaşə və digər sahələrdə böyük obyektlər hərraca, investisiya müsabiqəsinə çıxarılır. Mən yerli və xarici sahibkarları bu obyektlərə investisiya qoymağa çağırıram. Bu obyektlərə investisiya qoyan sahibkarlarla güzəştlər barədə danışıqlara hazırıq. Sahibkarları bu obyektlərə investisiya qoymağa və məhsul istehsal etməyə çağırıram".

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR