Bank Of Baku

Dövlət Komitəsi: Müvafiq standartı almayan şirkətlərə «Halal» ət məhsullarının istehsalı qadağan olunacaq

Dövlət Komitəsi: Müvafiq standartı almayan şirkətlərə «Halal» ət məhsullarının istehsalı qadağan olunacaq
# 05 mart 2014 12:07 (UTC +04:00)

«APA-Economics»in məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin sədri Ramiz Həsənov bildirib.

 

Onun sözlərinə görə, artıq bundan sonra «Halal» ət məhsulları istehsal edən müəssisələr öz məhsullarını şəriət qaydalarına və «Halal» standartlarına uyğun istehsal edəcək. Əks halda, bu məhsulun istehsalı qadağan ediləcək.

 

Komitə sədri qeyd edib ki, bununla bağlı Komitəyə artıq müraciətlər daxil olub: «Bu proses çox uzun çəkir və məsələ 3-5 günə həll oluna bilməz. Bu standartın verilməsi üçün Komitə əməkdaşları kolbasa və digər məhsulların istehsalını izləməlidirlər. Onların bu sahədə böyük təcrübələri var, xaricdə təcrübə keçiblər. Buna görə də Komitə artıq «Halal» standartının tətbiqinə başlamağa hazırdır».

 

R.Həsənovun sözlərinə görə, artıq «Halal» brendli məhsullar istehsal edən bütün müəssisələr «Halal» standartının alınması üçün Komitəyə müraciət edib: «Hazırda onların müraciətinə baxılır».  

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR