Bank Of Baku

Dövlət mülkiyyətinin daha bir növünün özəlləşdirilməsi qadağan edilir

Dövlət mülkiyyətinin daha bir növünün özəlləşdirilməsi qadağan edilir
# 31 oktyabr 2017 10:27 (UTC +04:00)

Azərbaycanda dövlət mülkiyyətinin daha bir növünün özəlləşdirilməsi qadağan edilir.

 

APA-Economics”in məlumatına görə, İqtisadi Siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə Milli Məclisin bu gün keçirilən plenar iclasında bildirib ki, “Dövlət əmlakının özəlləşdirilməsi haqqında” qanunun 6.2-ci (Azərbaycan Respublikasının dövlət mülkiyyətində saxlanılan bəzi əmlak növlərinin özəlləşdirilməsi qadağandır) maddəsinə yeni bənd əlavə edilməsi təklif olunur.

 

Layihəyə görə, fundamental və strateji əhəmiyyətli elmi tədqiqatlar aparan dövlət elmi müəssisələrinin özəlləşdirilməsi qadağan olunur.

 

Millət vəkili Qüdrət Həsənquliyev qanuna yeni bəndin əlavə edilməsinin əleyhinə olduğunu bildirib: “Dünyada elmi tədqiqatlar həm də universitetlərdə aparılır. Amma biz universitetləri özəlləşdirə bilərik və bu lazımdır. Biz dəfələrlə universitetlərin özəlləşdirilməsi ilə bağlı məsələ qaldırmışıq. Dövlətə məxsus universitetlər, səhiyyə müəssisələrini özəlləşdirmək lazımdır”.

 

Q. Həsənquliyev “Dövlət əmlakının özəlləşdirilməsi  haqqında” qanuna yenidən baxılmasının vacib olduğunu bildirib. “Bu gün oxudum ki, Dövlət Əmlak Komitəsi bu gün 150-yə qədər dövlət əmlakını özəlləşdirməyə çıxarır. Amma hərrac keçiriləndən sonra görürük ki, onun cüzi hissəsi özəlləşdirilib. Qiymətlər çox yuxarı qoyulur. Qiymətləndirmə çox yuxarı olur və 5 dəfə hərrac keçiriləndən sonra cəmi 50% qiymət aşağı salınmasına icazə verilir. Düşünürəm ki, biz bu qanuna yenidən baxmalıyıq. Əgər əmlak birinci dəfə hərracda satılmadısa, növbəti hərracda qiymətin kifayət qədər aşağı salınmasına ehtiyac var. Dövlət əmlakının özəlləşdirilməsi mexanizmi sadələşdirilməlidir”. 

 

Layihə səsə qoyularaq qəbul edilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR