Bank Of Baku

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi son iki ayda 12 minə yaxın şəxsə iş yerinə dair elektron arayış verib - FOTO

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi son iki ayda 12 minə yaxın şəxsə iş yerinə dair elektron arayış verib - <span style="color: red;">FOTO
# 17 fevral 2015 12:16 (UTC +04:00)

Bakı. Vüsal Nəbiyev - APA-Economics. Əmək və əhalinin sosial müdafiəsi nazirliyi tərəfindən ötən il dekabrın əvvəllərində istifadəyə verilən “İş yerinə dair arayış” elektron xidməti vasitəsilə işçilərə indiyədək artıq 11 610 iş yerinə dair elektron arayış verilib. 


Nazirliyin İctimaiyyətlə əlaqələr sektorundan “APA-Economics”ə veilən məlumata görə, “İş yerinə dair arayış” e-xidməti vətəndaşlara işəgötürənə müraciət etmədən iş yeri haqqında arayış əldə etməyə imkan verir. İş yeri haqqında arayışın əmək haqqı göstərilməklə və ya göstərilmədən əldə edilməsi də mümkündür. 


Qeyd edək ki, elektron arayışda növündən asılı olaraq işəgötürən barədə məlumatlar, onun əlaqə nömrəsi, işçinin şəxsi məlumatları, əmək müqaviləsinin bağlandığı tarix, onun müddətli və ya müddətsiz olması, həmçinin arayışın etibarlılıq müddəti və s. məlumatlar da dolğun şəkildə öz əksini tapır.

 

Hazırda “İş yerinə dair arayış” e-xidməti vətəndaşların “Elektron hökumət” portalı üzərindən ən çox istifadə etdikləri elektron xidmətlər siyahısındadır. Ötən ilin dekabr və cari ilin yanvar ayı ərzində bu e-xidmətdən istifadə sayı ümumilikdə 28 689 ədəd təşkil edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR