Bank Of Baku

Əmtəə nişanları barədə lisenziya müqavilələrində dəyişikliklərlə əlaqədar dövlət rüsumu ləğv edilib

Əmtəə nişanları barədə lisenziya müqavilələrində dəyişikliklərlə əlaqədar dövlət rüsumu ləğv edilib
# 26 may 2014 09:34 (UTC +04:00)

Bakı. Ramiz Mikayıloğlu - APA. Nazirlər Kabineti “Əmtəə nişanlarına dair müqavilələrin qeydiyyatı Qaydaları”nda dəyişikliklər edib.

 

APA-nın verdiyi məlumata görə, dəyişiklik əmtəə nişanları ilə əlaqədar lisenziya müqaviləsi barədədir.

 

Əmtəə nişanlarına dair müqavilələr dövlət rüsumu ödənilməsi şərti ilə, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsində qeydə alınır və onlar barədə məlumatlar rəsmi bülletendə dərc olunduqdan sonra başqa şəxslərin hüquqazidd hərəkətlərinə qarşı tətbiq edilir. Lisenziya müqaviləsi və ya ondan çıxarış əmtəə nişanı sahibinin (lisenziarın) nişandan istifadə hüququnun başqa şəxsə (lisenziata) verilməsi barədə sənəddir. Bu müqavilə yalnız qeydə alınmış əmtəə nişanına və beynəlxalq müqavilələrə (sazişlərə) uyğun olaraq, Azərbaycan qeydiyyatsız mühafizə edilən əmtəə nişanlarına aiddir və qeydiyyatda göstərilən əmtəələr və xidmətlər barəsində qüvvədə olur. İndiyədək qeydə alınmış lisenziya müqaviləsində tərəflərin razılığı ilə və dövlət rüsumu ödənilməklə, dəyişikliklər edilməsi mümkün olub. Dəyişikliyə əsasən, qeydə alınmış lisenziya müqaviləsində dəyişikliklərlə əlaqədar dövlət rüsumu ləğv edilib. Qeydə alınmış lisenziya müqaviləsində dəyişikliklər üçün tərəflərin razılığı yetərli olacaq.

 

Dəyişikliyə əsasən qeydə  alınmış  lisenziya müqaviləsinin ləğvi proseduru da dəqiqləşdirilib. Qeydə  alınmış  lisenziya müqaviləsi Nazirlər Kabinetinin müəyyən etdiyi qaydada ləğv oluna bilər.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR