Bank Of Baku

Gədəbəydə sahibkarlara treninq keçirilib

Gədəbəydə sahibkarlara treninq keçirilib
# 10 dekabr 2013 15:40 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Bu gün Gədəbəy rayonunda Bakı Biznes Tədris Mərkəzinin Gəncə və Qazax nümayəndəliklərinin birgə təşkilatçılığı ilə sahibkarlar və sahibkarlıq fəaliyyətinə yeni başlayanlar üçün treninq keçirilib.

 

İqtisadiyyat və Sənaye Nazirliyindən “APA-Economics”ə verilən məlumata görə, treninq “Ekoloji təmiz kənd təsərrüfatının inkişafı”, “Gədəbəy rayonunda kurortların inkişaf perspektivləri”, “İqtisadiyyat və Sənaye Nazirliyi tərəfindən göstərilən elektron xidmətlər” mövzularında olub.

 

Tədbirdə “Ekoloji təmiz kənd təsərrüfatının inkişafı” mövzusunda təqdimat keçirilib, bu sahədə beynəlxalq təcrübə, ekoloji təmiz kənd təsərrüfatı məhsulları istehsal edən müəssisələrin təşkili və s. barədə ətraflı məlumatlar verilib.

 

Treninq iştirakçıları həmçinin “Azərbaycan Respublikasında 2009-2018-ci illərdə kurortların inkişafına dair Dövlət Proqramı”, kurort işçilərinin peşə səviyyəsinin artırılması, bu sahədə maarifləndirmə tədbirlərinin rolu, beynəlxalq standartlara cavab verən sanatoriya, kurort və pansionatların yaradılması, kurort infrastrukturunun inkişaf etdirilməsi və s. barədə məlumatlandırılıblar.

 

Eyni zamanda tədbirdə İqtisadiyyat və Sənaye Nazirliyi tərəfindən göstərilən elektron xidmətlər, www.icazeler.gov.az, www.b2b.az elektron portalları və onlardan istifadə qaydaları, portalların biznesin səmərəli təşkili və inkişafı üçün yaratdığı imkanlar, o cümlədən “İnvestisiya layihələrinin maliyyələşdirilməsi ilə əlaqədar elektron idarəetmə sistemi” və s. barədə məlumatlar da iştirakçıların diqqətinə çatdırılıb.

 

Treninq çərçivəsində iştirakçılara Bakı Biznes Tədris Mərkəzi tərəfindən hazırlanmış metodiki vəsaitlər paylanmış, onları maraqlandıran suallar cavablandırılıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR