Bank Of Baku

Gələn ay Bakıda Azərbaycan-Çexiya biznes forumu keçiriləcək

Gələn ay Bakıda Azərbaycan-Çexiya biznes forumu keçiriləcək
# 20 fevral 2015 15:58 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Gələn ay Bakıda Azərbaycan-Çexiya biznes forumu keçiriləcək.

 

Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondundan (Azpromo) “APA-Economics”ə verilən məlumata görə, forum martın 3-də Çexiyanın sənaye və ticarət naziri Yan Mladekinin rəhbərlik etdiyi nümayəndə heyətinin ölkəmizə səfəri çərçivəsində baş tutacaq.

 

Tədbir İqtisadiyyat və Sənaye Nazirliyinin dəstəyi və Azpromo-nun təşkilatçılığı ilə keçiriləcək. Biznes-forumda iqtisadiyyatın müxtəlif sahələrini təmsil edən 40-a yaxın Çexiya şirkətinin iştirakı nəzərdə tutulur. Tədbirdə iştirak etmək istəyən azərbaycanlı iş adamları və sahibkarlar Azpromo-ya müraciət edə bilərlər.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR