Bank Of Baku

Goranboyda sahibkarlardan investisiya layihələrinin qəbuluna başlanılır

Goranboyda sahibkarlardan investisiya layihələrinin qəbuluna başlanılır
# 18 dekabr 2017 13:31 (UTC +04:00)

İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu (SKMF) Goranboy rayonunda sahibkarlardan prioritet hesab olunan sahələr üzrə investisiya layihələrinin qəbuluna başlayır.

 

İqtisadiyyat Nazirliyindən “APA-Economics”ə verilən məlumata görə, SKMF Goranboy rayonunun Rəhimli kəndində işgüzar forum keçirib.

 

İşgüzar forum çərçivəsində sahibkarlarla mövcud iqtisadi potensialdan daha səmərəli istifadə edilməsi məqsədilə müzakirələr aparılıb, Goranboy rayonu üzrə sahibkarlıq subyektlərindən startap layihələrin maliyyələşdirilməsi, nar konsentratı, bitki yağlarının istehsalı, süd emalı və meyvəqurutma müəssisələrinin, həmçinin südlük istiqamətli cins heyvandarlıq, intensiv bağçılıq və arıçılıq təsərrüfatlarının yaradılması istiqamətlərdə investisiya layihələrinin maliyyələşdirilməsi üçün təkliflərin qəbulu məqsədəuyğun hesab edilib.

 

Sahibkarlar investisiya layihələrinin maliyyələşdirilməsi üçün müvəkkil kredit təşkilatları vasitəsilə SKMF-nin müraciət edə bilərlər.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR