Bank Of Baku

Gürcüstan Maliyyə Nazirliyi: Türkiyədən Azərbaycana yükdaşımalarına Gürcüstanda süni əngəllər yaradılır

Gürcüstan Maliyyə Nazirliyi: Türkiyədən Azərbaycana yükdaşımalarına Gürcüstanda süni əngəllər yaradılır
# 26 aprel 2016 17:41 (UTC +04:00)

Tiflis. Nizami Məmmədzadə-APA. Gürcüstan Maliyyə Nazirliyinin aparat rəisi Xatiya Moizrapişvili Türkiyədən tranzit yük daşımalarının hərəkətinə əngəllər barədə yayılan məlumatlara münasibət bildirib.

 

APA-nın Gürcüstan bürosunun məlumatına görə, o bildirib ki, belə hallar müəyyən qüvvələr tərəfindən süni olaraq yaradılır:

 

“Aprel ayının 1-dən 25-dək Türkiyədən Gürcüstan ərazisinə tranzit xətti ilə 5 min yük maşını buraxılıb. Onlardan yalnız 30-u saxlanılıb. Maşınlar yoxlanıldıqdan sonra buraxılıb”.

 

Nazirliyin aparat rəisi Türkiyədən keçərək Gürcüstana gələn tranzit yük maşınlarının sayının artmasının tıxaclara səbəb olduğunu qeyd edib. Onun sözlərinə görə, son iki gündə Türkiyənin Sarp keçid məntəqəsindən Azərbaycana tranzit yük daşıyan 430-dək maşın Gürcüstan ərazisinə daxil olub.

 

Xatırladaq ki, son günlər Türkiyə iş adamları mətbuatda Gürcüstan sərhəd-keçid məntəqələrində tranzit yolu ilə Azərbaycana gedən yük maşınlarının qanunsuz saxlanılmasından narazılıqlarını bildiriblər.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR