Bank Of Baku

Gürcüstanın xarici ticarət dövriyyəsi 20%-dən çox artıb

Gürcüstanın xarici ticarət dövriyyəsi 20%-dən çox artıb
# 13 aprel 2018 09:09 (UTC +04:00)

Bu ilin yanvar-mart aylarında Gürcüstanın xarici ticarət dövriyyəsi  2 mlrd. 823,8 mln. dollar təşkil edib.

 

APA-nın yerli bürosu Gürcüstanın Milli Statistika İdarəsinin ilkin hesabatına istinadla xəbər verir ki, bu göstərici ötən ilin analoji göstəricisi ilə müqayisədə 23,3% çoxdur.

 

Cari ilin I rübündə qonşu ölkənin ixracı 28,4% artaraq 740,3 mln. dollar, idxalı isə 21,6% artaraq  2 mlrd. 083,4 mln. dollar təşkil edib.

 

Ticarət dövriyyəsinin kəsri 1 mlrd. 343,1 mln. dollar olub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR