Bank Of Baku

Həştərxanda Azərbaycan İşgüzar Mərkəzi apreldə açılacaq

Həştərxanda Azərbaycan İşgüzar Mərkəzi apreldə açılacaq
# 16 fevral 2018 14:08 (UTC +04:00)

Rusiyanın Həştərxan vilayətində Azərbaycan İşgüzar Mərkəzinin açılışı aprel ayına planlaşdırılıb.

 

APA-Economics”in “RİA Novosti” agentliyinə istinadən məlumatına görə, bu barədə regionun qubernatoru Aleksandr Jilkin Soçidə keçirilən investisiya forumunda bildirib.

 

Onun sözlərinə görə, apreldə Azərbaycan İşgüzar-Ticarət Mərkəzi açılacaq: “Orada iri sahə olacaq və Rusiya biznesi xarici həmkarları ilə rahat əlaqə yarada biləcəklər.

 

A. Jilkin bildirib ki, regionda iki ölkənin konsulluğu açılıb və onlarla  yaxşı əlaqələr qurulub: “Bu mərkəzin fəaliyyəti nəinki Həştərxan biznesi üçün, həmçinin Rusiyanın cənub bölgəsi, bundan başqa da bütün ölklərdən olan sahibkarlar üçün faydalı olacaq”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR