"Keçən ilin nəticələrinə görə, Azərbaycanla Rusiya arasında ticarət dövriyyəsi 22% artıb".
"APA-Economics" xəbər verir ki, bunu iqtisadiyyat naziri Şahin Mustafayev bildirib.
Nazirin sözlərinə görə, hesabat dövründə Azərbaycanın Rusiyaya ixracı 42% artıb.
"Bu ilin birinci rübündə Azərbaycanla Rusiya arasında ümumi ticarət dövriyyəsi 32% artıb. Bu dövrdə Azərbaycanın Rusiyaya ixracı 50% artıb", - deyə nazir vurğulayıb.