Bank Of Baku

İlin əvvəlindən SKMF xətti ilə sahibkarlara 261 mln. manat güzəştli kredit verilib

İlin əvvəlindən SKMF xətti ilə sahibkarlara 261 mln. manat güzəştli kredit verilib
# 06 noyabr 2014 11:56 (UTC +04:00)

Bakı. Musa Əhmədov - APA-Economics. Şəmkirdə sahibkarlığın güzəştli kreditləşdirilməsi məsələlərinə dair işgüzar forum keçirilib.

 

İqtisadiyyat və sənaye nazirliyindən “APA-Economics”ə verilən məlumata görə, işgüzar forumda iştirakçılara güzəştli kreditlərdən istifadə mexanizmi barədə ətraflı məlumat verilib, Şəmkir və ətraf rayonlarda həyata keçirilməsi məqsədəuyğun hesab olunan nümunəvi layihələr təqdim olunub, sahibkar-müvəkkil kredit təşkilatı münasibətlərinin möhkəmləndirilməsi istiqamətində müzakirələr aparılıb.

  

200-ə yaxın sahibkarın iştirak etdiyi forum çərçivəsində Şəmkir rayonunun iqtisadi potensialının reallaşdırılması məqsədilə prioritet hesab olunan 50 başlıq südlük istiqamətli ailə fermer təsərrüfatlarının, müasir istixanaların, intensiv nar və xirnik bağlarının və kartofçuluq təsərrüfatlarının yaradılması üzrə nümunəvi investisiya layihələrinin təqdimatı keçirilib, kiçik həcmli investisiya layihələrinin ümumi dəyərinin 100%-dək hissəsinin dövlətin güzəştli kreditləri hesabına maliyyələşdiriləcəyi bildirilib.

 

Sahibkarlığa Kömək Milli Fondunun icraçı direktoru Şirzad Abdullayev deyib ki, ümumilikdə, indiyədək Gəncə-Qazax iqtisadi rayonunda fəaliyyət göstərən sahibkarlıq subyektlərinin 4720 investisiya layihəsinin maliyyələşdirilməsinə 160,2 mln. manat güzəştli kredit verilib, digər sahələrlə yanaşı, müasir texnologiyaların tətbiqinə əsaslanan logistika mərkəzlərinin, çörək zavodlarının, istixana təsərrüfatlarının, meyvə-tərəvəz, ət kəsimi  və emalı, süfrə suları istehsalı müəssisələrinin yaradılması və s. sahələr üzrə investisiya layihələri maliyyələşdirilib, 22 mindən çox yeni iş yerinin açılması imkanı yaradılıb.

  

İşgüzar forum çərçivəsində Şəmkir və ətraf rayonlardan olan 59 sahibkara 794,6 min manat güzəştli kredit verilib. Verilmiş kreditlər əsasən, heyvandarlıq, quşçuluq, bağçılıq, tərəvəzçilik, üzümçülük, arıçılıq, istixana təsərrüfatlarının yaradılması və s. sahələrə yönəldiləcək. Bu kreditlərin reallaşdırılması hesabına 80-dən çox yeni iş yerinin açılması mümkün olacaq. Ümumilikdə, 2014-cü ilin ötən dövrü ərzində respublika üzrə 4785 sahibkara 261 mln. manat güzəştli kredit verilib ki, bu kreditlərdən istifadə etməklə investisiya layihələrinin reallaşdırılması 10 500-dən çox yeni iş yerinin yaradılmasına imkan verir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR