Bank Of Baku

İlin əvvəlindən SKMF xətti ilə sahibkarlara 295 mln. kredit verilib

İlin əvvəlindən SKMF xətti ilə sahibkarlara 295 mln. kredit verilib
# 18 dekabr 2014 10:46 (UTC +04:00)

Saatlı. Əlibəy Zeynallı - APA. Bu gün Saatlı rayonunun Qıraqlı kəndində sahibkarlığın güzəştli kreditləşdirilməsi məsələlərinə dair növbəti forum keçirilib.

 

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, forumda 80-ə yaxın sahibkar iştirak edib.

 

SKMF-nin icraçı direktoru Şirzad Abdullayev bildirib ki, cari ilin ötən dövrü ərzində ölkə üzrə 5 472 sahibkara 284,4 mln. manat güzəştli kredit verilib ki, bu kreditlərdən istifadə etməklə investisiya layihələrinin reallaşdırılması 12 mindən çox yeni iş yerinin yaradılmasına imkan verir. Ümumilikdə 2014-cü ildə sahibkarlığın inkişafına 295 mln. manat güzəştli kreditin verilməsi təmin olunub. Qeyd olunub ki, indiyədək Aran iqtisadi rayonunda fəaliyyət göstərən sahibkarlıq subyektlərinin 9 332 investisiya layihəsinin maliyyələşdirilməsinə 407 mln. manat güzəştli kredit verilib, digər sahələrlə yanaşı, müasir texnologiyaların tətbiqinə əsaslanan logistika mərkəzlərinin, quşçuluq fabriklərinin, çörək zavodlarının, üzümçülük, intensiv bağçılıq, tingçilik, toxumçuluq, istixana təsərrüfatlarının, meyvə-tərəvəz emalı, ət, süd emalı, quru meyvə, tikinti materialları istehsalı müəssisələrinin yaradılması və s. sahələr üzrə investisiya layihələri maliyyələşdirilmiş, 32,5 mindən çox yeni iş yerinin açılması imkanı yaradılıb.

 

Forum çərçivəsində Saatlı və ətraf rayonlardan olan 58 sahibkara 627,5 min manat güzəştli kredit verilib. Verilmiş kreditlər heyvandarlıq, tərəvəzçilik, üzümçülük və s. sahələrin inkişafına yönəldiləcək. Bu kreditlərin reallaşdırılması hesabına 90-a yaxın yeni iş yerinin açılması mümkün olacaq.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR