Azərbaycan Milli Məclisinin bu gün keçirilən iclasında Vergi Məcəlləsində, “İnvestisiya fondları haqqında”, “Qiymətli kağızlar bazarı haqqında” və “Kommersiya sirri haqqında” qanunlarda dəyişikliklər müzakirəyə çıxarılıb.
APA-nın məlumatına görə, layihələrdə dəyişikliklər texniki xarakter daşıdığı bildirilib.
Layihələr ayrı-ayrılıqda səsə qoyularaq qəbul olunub.