Bank Of Baku

İran sənaye və ticarət nazirinin birinci müavini: “Dostlarımız gözləməsinlər ki, azad ticarət zonasında hansısa şirkətlərə məhdudiyyətlər qoyulacaq”

İran sənaye və ticarət nazirinin birinci müavini: “Dostlarımız gözləməsinlər ki, azad ticarət zonasında hansısa şirkətlərə məhdudiyyətlər qoyulacaq”
# 20 iyun 2014 07:52 (UTC +04:00)

APA-nın məlumatına görə, bunu jurnalistlərə Araz Azad Ticarət Zonasının sədrinin müavini Əliyar Rastuqu deyib. O bildirib ki, Araz Azad Ticarət Zonası dünyanın ən ucuz ticarət zonalarından biridir: “İstehsal və sənaye baxımından burada yer götürmək istəyənlərə hər kvadratmetr 10 dollara başa gəlir. Hazırda burada 4-ü Azərbaycandan olmaqla 81 istehsalat birliyi fəaliyyət göstərir. Burada istehsal olunan məhsullar Avropa və MDB ölkələrinə ixrac olunur. Müəssisələrimiz tərəfindən ixrac edilən məhsullar arasında avtomobil, plastik qablar, qida, neft-kimya məhsulları və s. yer alır. Bununla bərabər 140-dan artıq yeni istehsalat mərkəzi, habelə otellər tikilməkdədir. Məhsulların saxlanılması üçün anbarlarımız mövcuddur”.

 

Şirkət rəhbəri qeyd edib ki, keçən həftə Naxçıvan Muxtar Respublikasının iqtisadiyyat naziri Qərbi Azərbaycan vilayətinə səfər edərkən Araz Azad İqtisadi Zonasında olub və məlumatlandırılıb: “Biz çox istəyirik ki, Azərbaycan şirkətləri bizim layihələrimizdə iştirak eləsinlər”.

 

Araz Azad Ticarət Zonasından ermənilərin istifadə etməsi ilə bağlı sualı isə İran sənaye və ticarət nazirinin birinci müavini Müctəba Xosrovtac cavablandırıb. O bildirib ki, İran həmişə Azərbaycanın yanında olub: “Amma bu, adından göründüyü kimi azad ticarət zonasıdır. Dostlarımız gözləməsinlər ki, hansısa şirkətlərə məhdudiyyətlər qoyulacaq”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR