İranın “AMS İndustrial Group” şirkəti Azərbaycanda nümayəndəlik açıb.
“APA-Economics”in Vergilər qəzetinə istinadən verdiyi məlumata görə, təşkilatın hüquqi forması məhdud məsuliyyətli cəmiyyətdir.
Nizamnamə kapitalı 10 manat olan şirkət bu ilin iyulun 15-də dövlət qeydiyyatına alınıb.
“AMS İndustrial Group” MMC-nin qanuni təmsilçisi Fathikhalaj Behnam Behrouzdur.