Bank Of Baku

İrandan Azərbaycana qida məhsullarının hazırlanması üçün konveyerlər gətiriləcək

İrandan Azərbaycana qida məhsullarının hazırlanması üçün konveyerlər gətiriləcək
# 19 dekabr 2013 12:28 (UTC +04:00)

Bakı. Aynur Əliyeva - APA-Economics. Bakıda Azərbaycan və İran iş adamlarının iştirakı ilə keçirilən biznes forum çərçivəsində bir sıra sahələr üzrə razılıq əldə olunub.

 

APA-Economics”in məlumatına görə, bunu Tehran Ticarət, Sənaye, Mədən və Kənd Təsərrüfatı Palatası sədri Yəhya Əli-İshaq Azərbaycan Ticarət Palatasında keçirilən görüş zamanı bildirib.

 

O deyib ki, iki ölkənin şirkətləri arasında qida məhsullarının hazırlanması üçün konveyerlərin gətirilməsi üzrə müqavilə imzalanıb.

 

“Həmçinin şirkətlər arasında neft və qaz sahəsində araşdırmaların aparılması və inkişaf etdirilməsi sahəsində, o cümlədən qida məhsullarının Azərbaycana idxal olunmasına dair ilkin razılıq əldə olunub ”, - deyə Y. Ə. İshaq qeyd edib.

 

Palata sədri əlavə edib ki, iki ölkə arasında qida sənayesi, tikinti materialları, müxtəlif infrastruktur layihələrin hazırlanması, enerji sektoru, tibbi-turizm sahəsində əməkdaşlıq etmək üçün böyük potensiallar mövcuddur.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR