İyunun 9-da "Bakıxanov-Çörək" ASC səhmdarlarının növbəti ümumi yığıncağı keçiriləcək.
ASC-nin Müşahidə Şurasından "APA-Economics"ə verilən məlumata görə, yığıncağın gündəliyinə şirkətin illik hesabatının təsdiqi daxildir.
Səhmdarlar ümumi yığıncağın gündəliyi ilə bağlı iş günləri saat 10:00-dan 16:00-dək tanış ola bilərlər.
Səhmdar ümumi yığıncaqda iştirak hüququnu bilavasitə özü və ya nümayəndəsi vasitəsilə həyata keçirir. Bu zaman səhmdarın nümayəndəsi qanunvericiliklə müəyyənləşdirilmiş qaydada tərtib edilmiş etibarnaməyə malik olmalıdır.