Bakı - APA-Economics. İtaliyanın "Emer Group" şirkəti Azərbaycanda nümayəndəlik açıb.
"APA-Economics" xəbər verir ki, "Emer Group" MMC iyun ayının 1-də Vergilər Nazirliyində dövlət qeydiyyatına alınıb.
Şirkətin qanuni təmsilçisi İtaliya vətəndaşı olan Massimo Bellagottidir.
Qeyd edək ki, "Emer Group"un istehsal etdiyi mebellər dünyanın bir çox ölkələrinə ixrac olunur.