İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu (SKMF) Lənkəran rayonunda sahibkarlardan prioritet hesab olunan sahələr üzrə investisiya layihələrinin qəbuluna başlayır.
Nazirlikdən “APA-Economics”ə verilən məlumata görə, SKMF Lənkəran rayonunun Darquba kəndində işgüzar forum keçirib.
İşgüzar forum çərçivəsində sahibkarlarla mövcud iqtisadi potensialdan daha səmərəli istifadə edilməsi məqsədilə müzakirələr aparılıb, Lənkəran rayonu üzrə sahibkarlıq subyektlərindən çəltikçilik, sitrus bağçılıq, çayçılıq və cins heyvandarlıq təsərrüfatlarının, həmçinin çəltik və çay emalı müəssisələrinin, sitrus meyvələrinin saxlanılması üçün logistik mərkəzin yaradılması istiqamətlərdə investisiya layihələrinin maliyyələşdirilməsi üçün təkliflərin qəbulu məqsədəuyğun hesab edilib.
Sahibkarlar investisiya layihələrinin maliyyələşdirilməsi məqsədilə müvəkkil kredit təşkilatları vasitəsilə fonda müraciət edə bilərlər.