Bakı. Musa Əhmədov - APA-Economics. "Hazırda sahibkarlar gözləmə mövqeyi tutublar. İqtisadiyyata əsaslı kapital qoyub yeni müəssisə yarada biləcək sahibkarların isə kreditlərə çıxışı çox çətindir".
"APA-Economics" xəbər verir ki, bu təkliflə Milli Məclisdə "Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsi haqqında" qanunda dəyişikliklər layihəsinin müzakirəsi zamanı millət vəkili Qüdrət Həsənquliyev çıxış edib.
Millət vəkili deyib ki, artıq Azərbaycan bankları manatla kreditləri yalnız müstəsna hallarda verir. "Dollarla isə kredit götürülmür. Çünki kredit götürənlər hələ də növbəti devalvasiyanın olub-olmayacağından əmin deyillər. Şəxsən millət vəkili kimi məndə əminlik yoxdur".
Deputat bildirib ki, bu məsələlərlə bağlı ictimaiyyətə açıqlama verilməli və problemdən çıxış yolu göstərilməlidir.