Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. "İspaniya üçün Azərbaycanla iqtisadi əlaqələrin inkişaf etdirilməsi olduqca önəmlidir. Çünki Azərbaycan İspaniya üçün Mərkəzi Asiya və digər Asiya ölkələrinə gedən yolda körpü rolunu oynayır".
"APA-Economics" xəbər verir ki, bunu Bakıda səfərdə olan İspaniyanın xarici işlər naziri Xose Manuel Qarsia-Marqallo deyib.
Nazir qeyd edib ki, öz növbəsində İspaniya Azərbaycan üçün Latın Amerikası və Şimali Afrikaya gedən yolda körpü rolunu oynayır.
"İspaniya şirkətləri Azərbaycanla infrastruktur, neft-kimya və sənayenin digər sektorlarında əməkdaşlıq etməkdə maraqlıdır. Mən Azərbaycan iqtisadiyyatının sürətli inkişafının şahidi oldum", - deyə nazir vurğulayıb.