Bakı. Gülnar Bəşirova - APA. "Qadınlara verilən güzəştli kreditlərin hesabına 2002-2013-cü illər ərzində 3000-dək yeni iş yeri açılıb". APA-nın məlumatına görə, bunu iqtisadiyyat və sənaye nazirinin müavini Sevinc Həsənova Mərkəzi Asiya ölkələrinin iqtisadiyyatı üzrə Xüsusi Proqram çərçivəsində qadın sahibkarlığın inkişafı üzrə beynəlxalq konfransda çıxışı zamanı deyib.
S. Hüseynova bildirib ki, ölkədə həyata keçirilən tədbirlər nəticəsində son illərdə qadın sahibkarların sayı artıb: "Ötən il ərzində fərdi sahibkarların sayı 5,2% artaraq 455 min nəfərə çatıb ki, onların da 17,9%-ni qadınlar təşkil edir. Fərdi sahibkar kimi fəaliyyət göstərən qadınların 60%-i regionlarda, 40%-i isə Bakıda fəaliyyət göstərir. Azərbaycanda fəaliyyət göstərən qadın sahibkarlar əsasən yüngül sənaye, tikiş sənayesi, xalçaçılıq, tətbiqi incəsənət, xalq sənətkarlığı, elm və təhsil, yeyinti sənayesi, kənd təsərrüfatı, ticarət və xidmət sahələrində çalışırlar”.
S. Hüseynovanın sözlərinə görə, 2002-2013-cü illər ərzində 2070 qadın sahibkara 60 milyon dollaradək, o cümlədən 2013-cü ildə 430 qadın sahibkara 12 milyon dollaradək güzəştli kredit verilib: "Onlara verilən bu kreditlərin hesabına 2002-2013-cü illər ərzində 3000-dək yeni iş yeri açılıb. Yalnız 2013-ün ildə 1064 yeni iş yeri açılıb".