Bank Of Baku

Nazir müavini: "Prezidentin imzaladığı son fərman məhsullarımızın rəqabətqabiliyyətliliyini artıracaq"

Nazir müavini: "Prezidentin imzaladığı son fərman məhsullarımızın rəqabətqabiliyyətliliyini artıracaq"
# 02 mart 2016 10:46 (UTC +04:00)

Bakı. Musa Əhmədov - APA-Economics. "İxracın stimullaşdırılması ölkə başçısının həyata keçirdiyi iqtisadi strategiyanın əsas tərkib hissəsidir".

 

"APA-Economics" xəbər verir ki, bu barədə iqtisadiyyat və sənaye nazirinin müavini Sahib Məmmədov bildirib.


Nazir müavini deyib ki, ölkə başçısının ötən gün imzaladığı qeyri-neft məhsullarının ixracının təşviqi ilə bağlı əlavə tədbirlər haqqında fərman da qeyri-neft sektoruna verilən əlavə dəstəkdir. "Əsas məqsəd ondan ibarətdir ki, qeyri-neft məhsullarının ixracı zamanı gömrük bəyannamələrində göstərilən dəyərinin 3%-i dövlət vəsaiti hesabına sahibkarlara ödəniləcək. Təbii ki, bu, sahibkarlarımız üçün əlavə stimul və dəstəkdir. Bu cür tədbirlər həmin sahibkarların istehsal etdiyi məhsulların rəqabətqabiliyyətliliyini artıracaq", - deyə S. Məmmədov qeyd edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR