Bank Of Baku

Nazir müavini: "Yeni ixrac bazarları araşdırılır"

Nazir müavini: "Yeni ixrac bazarları araşdırılır"
# 26 aprel 2017 10:03 (UTC +04:00)

"Dünya iqtisadiyyatında baş verən kataklizmlər, iqtisadi şoklar Azərbaycan iqtisadiyyatından da yan keçməyib". "APA-Economics" xəbər verir ki, bunu "Sahibkarlar Günü"nə həsr olunmuş konfransda iqtisadiyyat nazirinin müavini Sahib Məmmədov deyib.

 

Onun sözlərinə görə, prezident İlham Əliyevin təşəbbüsü ilə Azərbaycanda hazırlanan iqtisadi islahatlar paketi çərçivəsində qəbul edilmiş strateji qərarlar, imzalanmış sənədlər bir daha ölkə iqtisadiyyatının bu proseslərə dayanıqlılıq nümayiş etdirməsinə zəmin yaradıb: "Bu islahatlar günbəgün davam etdirilir, yeni fərman və sərəncamlar imzalanır, qanunvericiliyə dəyişiklik edilir".


Nazir müavini əlavə edib ki, gömrük və vergi sahəsində əhəmiyyətli islahatlar həyata keçirilib. S.Məmmədovun fikrincə, yaradılmış əlverişli biznes mühiti çərçivəsində artıq istehsal olunan mallar rəqabətqabiliyyətli və ixracyönümlü olub. "Hazırda biz yeni ixrac imkanları və bazarlarını araşdırırıq. Ənənəvi bazarlarla yanaşı, yeni ixrac bazarlarının müəyyənləşdirilməsi istiqamətində tədbirlər həyata keçirilir", - deyə o vurğulayıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR