Bank Of Baku

Nazir Şahin Mustafayev kənd təsərrüfatı məhsulları istehsalçıları ilə görüşüb - FOTO

Nazir Şahin Mustafayev kənd təsərrüfatı məhsulları istehsalçıları ilə görüşüb - <span style="color: red;">FOTO
# 05 sentyabr 2014 13:19 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Bakı Biznes Mərkəzində İqtisadiyyat və Sənaye və Kənd Təsərrüfatı nazirliklərinin nümayəndələri kənd təsərrüfatı məhsullarının istehsalı və emalı müəssisələrinin rəhbərləri ilə görüşüblər.

 

İqtisadiyyat və Sənaye Nazirliyindən “APA-Economics”ə verilən məlumata görə, 50-yə yaxın sahibkarın iştirak etdiyi tədbirdə rəqabətqabiliyyətli və ixracyönümlü məhsul istehsalının artırılmasına, ölkənin ixrac imkanlarının genişləndirilməsinə və bu sahədə dövlət dəstəyi tədbirlərinə dair müzakirələr aparılıb.

 

Nazir Şahin Mustafayev bildirib ki, hazırda ölkənin bütün iqtisadi rayonlarında müasir texnologiyalara əsaslanan istehsal və emal müəssisələri, logistik mərkəzlər fəaliyyət göstərir. Nazir qeyd edib ki, daxili tələbatın ödənilməsi ilə yanaşı, ixracın genişləndirilməsi, yeni bazarlara çıxış imkanlarının artırılması istiqamətində tədbirlər görülür: “Belə ki, bu il Qazaxıstanda Azərbaycanın xaricdə ilk logistik mərkəzinin təməli qoyulub. Bundan başqa, yerli sahibkarlar xarici ölkələrdə keçirilən müxtəlif tədbirlərdə, sərgilərdə iştirak edir, qabaqcıl ölkələrin təcrübəsi ilə tanış olur, yeni əlaqələr qururlar. Hazırda rəqabətqabiliyyətli yerli mallar, o cümlədən kənd təsərrüfatı məhsulları ənənəvi bazarlarla yanaşı, yeni xarici bazarlara da ixrac edilir. Bununla belə, müxtəlif məhsulların ixracı sahəsində ölkəmiz daha geniş potensiala malikdir”.

 

Ş. Mustafayev bu sahədə işin uzunmüddətli müqavilələr əsasında təşkilinin, keyfiyyətli məhsul istehsalının, beynəlxalq standartlara uyğun markalanmanın və qablaşdırmanın vacib məsələlərdən olduğunu diqqətə çatdırıb.

 

Görüşdə sahibkarlar rəqabətqabiliyyətli məhsul istehsalının artırılması, istehsalçılar, emalçılar və alıcılar arasında əlaqələrin, eləcə də ixrac imkanlarının genişləndirilməsi və s. məsələlərə dair fikirlərini bölüşmüş, müxtəlif təkliflər səsləndiriblər. Təkliflərin öyrənilməsi və tədbirlərin görülməsi üçün müvafiq tapşırıqlar verilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR