Bank Of Baku

Nazirlik: İstehlak bazarında baş verən dəyişiklikləri diqqətlə təhlil edirik

Nazirlik: İstehlak bazarında baş verən dəyişiklikləri diqqətlə təhlil edirik
# 22 dekabr 2015 08:15 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. İqtisadiyyat və Sənaye Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən istehlak bazarında məzənnə dəyişikliyi ilə bağlı olmayan qiymət artımı, süni mal qıtlığı və digər sui-istifadə hallarının qarşısının alınması üçün nəzarət tədbirləri gücləndirilib.

 

Bu barədə “APA-Economics”ə İqtisadiyyat və Sənaye Nazirliyindən xəbər verilib.

 

Bildirilib ki, bununla əlaqədar Dövlət Xidməti istehlak bazarında baş verən dəyişiklikləri diqqətlə təhlil edir və manatın məzənnəsinin dəyişməsindən sui-istifadə hallarına rast gəlindiyi təqdirdə, qanunvericiliyə uyğun tədbirlər görüləcək.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR