Bank Of Baku

Nazirlik: Ötən il 6800-dən çox əcnəbiyə iş icazəsi verilməyib

Nazirlik: Ötən il 6800-dən çox əcnəbiyə iş icazəsi verilməyib
# 13 iyun 2017 09:31 (UTC +04:00)

2016-cı ilin dekabrın 1-nə Dövlət Miqrasiya Xidməti tərəfindən rəy verilməsi üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə 11271 müraciət daxil olub.

 

Nazirlikdən "APA-Economics"ə verilən məlumata görə, onlardan 6259-u yeni, 5012-si isə ötən illər ərzində verilmiş iş icazələrin müddətlərinin uzadılması ilə bağlı olub.


"Daxil olmuş müraciətlərə baxılıb və ümumilikdə 4437 nəfər olmaqla 2495 nəfərə iş icazəsi verilməsi, 1942 nəfərin isə iş icazələrinin müddətlərinin uzadılması məqsədəuyğun hesab edilib. 6834 əcnəbiyə iş icazəsi verilməsi məqsədəuyğun hesab edilməyib", - deyə məlumatda qeyd olunub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR