Bank Of Baku

Nazirlik: Son iki ayda işdən qeyri-qanuni şəkildə azad edilmiş 10 nəfər işinə bərpa olunub

Nazirlik: Son iki ayda işdən qeyri-qanuni şəkildə azad edilmiş 10 nəfər işinə bərpa olunub
# 15 mart 2016 11:47 (UTC +04:00)

Bakı. Vüsal Nəbiyev - APA-Economics. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti cari ilin yanvar-fevral aylarında vətəndaşların müraciətlərinin araşdırılması zamanı ümumilikdə 53 min 121 manat məbləğində gecikdirilmiş sosial xarakterli ödənişlərin işəgötürənlər tərəfindən işçilərə ödənilməsini təmin edib.

 

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən "APA-Economics"ə verilən məlumata görə, gecikdirilmiş sosial xarakterli ödənişlərin 76,2%-i əmək haqlarından, 19%-i sosial müavinət və kompensasiyalardan, qalan hissəsi isə zərərə görə ödənclərdən ibarət olub. Bu sahədə qanunvericilikdən irəli gələn məsələlərlə bağlı işəgötürənlərə izahatlar verilib.

Bununla yanaşı, son iki ayda işdən qeyri-qanuni şəkildə azad edilmiş 10 nəfərin qurum tərəfindən yenidən öz əvvəlki işinə bərpa olunması təmin edilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR