“DATAZET” MMC yaradılıb.
“APA-Economics” “Vergilər” qəzetinin xüsusi buraxılışına istinadən xəbər verir ki, şirkətin nizamnamə kapitalı 200 min manatdır.
MMC-nin hüquqi ünvanı Bakı şəhəri, Yasamal rayonu, Hüseyn Cavid pr. Ev 81, m. 1-də yerləşir.
Şirkətin qanuni təmsilçisi İracəddin İsmayılovdur.
Şirkətin Müşahidə Şurası Nurlan Fətullayev, Elçin Qəzənfərov və Erkin Əsədovdan ibarətdir.
MMC cari ilin 17 yanvar tarixində dövlət qeydiyyatına alınıb.