Bank Of Baku

Noyabrda Azərbaycan-Ukrayna biznes forumu keçiriləcək

Noyabrda Azərbaycan-Ukrayna biznes forumu keçiriləcək
# 20 oktyabr 2016 10:57 (UTC +04:00)

Bakı. Məlahət Nəcəfova - APA. “Ukrayna ilə Azərbaycan arasında dostluq və əməkdaşlıq mövcuddur”.

 

APA-nın məlumatına görə, bu sözləri Ukraynanın Azərbaycandakı səfiri Aleksandr Mişşenko deyib. O bildirib ki, münasibətlər Sovet İttifaqı dağıldıqdan sonra da inkişaf edib: “Bizim ümumi problemlərimiz var. Bu, ərazilərimizin bir hissəsinin ilhaq olunmasıdır. Ukrayna prezidenti Pyotr Poroşenko da burada olarkən bildirdi ki, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı status-kvo qəbuledilməzdir və bu münaqişənin həllində istənilən irəliləyiş Ukraynadakı problemin həllinə təkan verəcək”.  
 
Səfir noyabrda Bakıda Azərbaycan-Ukrayna biznes forumunun keçiriləcəyini söyləyib: “Bu forum iki ölkə prezidentinin əldə etdiyi razılaşma əsasında keçiriləcək. Forumda iştirak etmək üçün 50 Ukrayna şirkətinin nümayəndələri Azərbaycana gələcək”.

 

Diplomat hələlik biznes forumun dəqiq vaxtının müəyyənləşmədiyini vurğulayıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR