Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Bu ilin yanvar ayında Azərbaycanda 7 114 vergi ödəyicisi qeydiyyata alınıb.
Vergilər Nazirliyinin Analitik-informasiya şöbəsindən “APA-Economics”ə verilən məlumata görə, bu ilin fevralın 1-nə ölkə üzrə qeydiyyatda olan vergi ödəyicilərinin ümumi sayı 616 242 olub ki, bu da 2014-cü ilin fevralın 1-nə qeydiyyatda olan vergi ödəyicilərinin sayından 13,1% çoxdur.
Bu ilin yanvar ayında respublika üzrə elektron formada göndərilmiş bəyannamələrin xüsusi çəkisi 95,1% təşkil edib.