Bank Of Baku

Ötən il Belarus və Azərbaycan arasında ticarət dövriyyəsi 161 mln. dollara çatıb

Ötən il Belarus və Azərbaycan arasında ticarət dövriyyəsi 161 mln. dollara çatıb
# 27 fevral 2018 10:04 (UTC +04:00)

“2017-ci ildə Azərbaycan və Belarus arasında qarşılıqlı ticarət dövriyyəsi 160,7 milyon dollar təşkil edib. Bu, 2016-cı il ilə müqayisədə 30 milyon dollar çoxdur".

 

APA-Economics” Belarus KİV-nə istinadən xəbər verir ki, bunu Azərbaycanın bu ölkədəki səfiri Lətif Qəndilov deyib.  Onun sözlərinə görə, Belarus ilə iqtisadi-ticarət münasibətlərə görə, Azərbaycan öz regionunda aparıcı mövqeyə malikdir.

 

Səfir bildirib ki, ötən il Azərbaycandan Belarusa əsasən tütün xammalı, alüminium, aviasiya kerosini, qoz-fındıq, meyvə və tərəvəzlər ixrac edilib. Belarusdan Azərbaycana isə qida məhsulları, kənd təsərrüfatı texnikaları, ağac emalı üçün sənaye məhsulları, qazma və yük maşınları üçün ehtiyat hissələri, dərman preparatları, mebel, avtomobil təkərləri göndərilib.

 

Səfir Azərbaycan ilə Belarus arasında maşınqayırma sahəsində əməkdaşlığın inkişaf etdiyini xüsusi vurğulayıb. "Hal-hazırda Azərbaycanda Minsk Traktor zavodu və Minsk Avtomobil zavodunun filialları uğurla fəaliyyət göstərir. Zavodda yerli şəraitə uyğun çox sayda modifikasiya olunmuş traktor və yük avtomobilləri istehsal olunur. Bu məhsullarının Gürcüstan və Yaxın Şərq kimi üçüncü ölkələrin bazarlarına çıxarılması planlaşdırılır. Bundan başqa, Türkiyədə “Gəncə Traktor Zavodu”nun filialı inşa edilir. Azərbaycanda lift və generatorların birgə istehsalı məsələsi müzakirə mərhələsindədir", - deyə səfir L.Qəndilov vurğulayıb.

 

Səfir bildirib ki, hazırda iki ölkə arasında qarşılıqlı ticarətdə 270 şirkət iştirak edir. Bundan başqa, Azərbaycanın 40 şirkəti Belarus kompaniyalarının rəsmi nümayəndəliyi kimi fəaliyyət göstərir.

 

Azərbaycanda Belarus məhsullarının satışını həyata keçirən 5 xüsusi mağazanın olduğunu deyən L.Qəndilov bildirib ki, yaxın zamanlarda Naxçıvanda 6-cı mağazanın fəaliyyətə başlayacağı gözlənilir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR