Bank Of Baku

Ötən il əmək qanunvericiliyini pozan şəxslər 940 min manat cərimələnib

Ötən il əmək qanunvericiliyini pozan şəxslər 940 min manat cərimələnib
# 13 iyun 2017 09:27 (UTC +04:00)

2016-cı ildə əmək müqavilələrinə qanunvericiliyin tələbləri pozulmaqla xitam verilmiş 30 nəfər öz əvvəlki işlərinə bərpa edilib.

 

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən "APA-Economics"ə verilən məlumata görə, işçilər barəsində yol verilmiş çoxlu sayda qanun pozuntularının aradan qaldırılması təmin edilib.

 

"Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında" qanunun tələblərinə uyğun olaraq 2016-cı il ərzində mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq, respublikamızda fəaliyyət göstərən işəgötürənlərdə əmək qanunvericiliyinin tələblərinə əməl olunmasına dövlət nəzarəti həyata keçirilməyib.

 

"Bu müddət ərzində vətəndaşlardan daxil olmuş 9457 şikayət məzmunlu ərizə və müraciət, müəssisə, idarə və təşkilatlar tərəfindən göndərilmiş 1572 ədəd müxtəlif xarakterli sorğu araşdırılaraq cavablandırılıb. Vətəndaşların müraciətlərinin araşdırılması zamanı 420 halda işəgötürənlər tərəfindən əmək qanunvericiliyinin tələblərinin pozulduğu aşkar edilib. Həmin hüquq pozuntularının böyük əksəriyyətinin aradan qaldırılması təmin edilib, aradan qaldırılması vaxt tələb edən pozuntuların ləğvi üçün işəgötürənlərə göstərişlər verilib", - deyə məlumatda qeyd olunub.


Bundan başqa, törədilmiş inzibati xətaya görə vəzifəli və hüquqi şəxs barədə inzibati qərar qəbul edilərək 937 min 200 manat məbləğində inzibati cərimə tətbiq olunub ki, onun da 24,8%-nin dövlət büdcəsinə ödənilməsi təmin edilib. Görülmüş tədbirlər nəticəsində vətəndaşlara ödənilməsi təmin edilmiş gecikdirilmiş ödəmələrin ümumi məbləği 929 min manat olub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR