Bank Of Baku

Ötən il Gürcüstanı 100 min vətəndaş tərk edib, ən populyar istiqamətlərdən biri Azərbaycandır

Ötən il Gürcüstanı 100 min vətəndaş tərk edib, ən populyar istiqamətlərdən biri Azərbaycandır
# 01 may 2017 07:30 (UTC +04:00)

2017-ci ilin yanvarın 1-nə Gürcüstan əhalisinin sayı 3 mln. 718,2 min nəfər təşkil edib. "APA-Economics" "Georgia Online" agentliyinə istinadən xəbər verir ki, il ərzində qonşu ölkənin əhalisi 0,1% azalıb.


Gürcüstanın Statistika İdarəsi qeyd edir ki, əhalinin sayının azalmasına səbəb təbii artımın azalması və xarici miqrasiyanın mənfi saldonun yaranmasıdır.

Qurumun açıqladığı rəqəmlərdən məlum olur ki, ötən il ölkəni tərk edən Gürcüstan vətəndaşların sayı 2,4% artaraq 98,3 min nəfər təşkil edib. Bununla yanaşı, immiqrantlar sayı 2,5% azalaraq 90,2 min nəfərə çatıb.

 

Bildirilir ki, Gürcüstan vətəndaşları əsasən iş axtarış ilə bağlı emiqrasiya edir. Gürcüstan vətəndaşlarının üz tutduğu əsas ölkələr bunlardır: Rusiya, Yunanıstan, Türkiyə, İtaliya, Almaniya, ABŞ, İspaniya, Fransa, Ukrayna və Azərbaycan.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR