Bank Of Baku

Qarabağda Sənaye Məhəlləsinin yaradılması ilə bağlı İqtisadiyyat Nazirliyinə müraciət olunub

Qarabağda Sənaye Məhəlləsinin yaradılması ilə bağlı İqtisadiyyat Nazirliyinə müraciət olunub
# 29 yanvar 2018 11:41 (UTC +04:00)

Azərbaycan sahibkarları Ağdamda Qarabağ Sənaye Məhəlləsinin yaradılması ilə bağlı iqtisadiyyat naziri Şahin Mustafayevə müraciət ediblər.

 

APA-Economics”in məlumatına görə, bu təkliflə bu gün “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının dördüncü ilinin yekunlarına həsr olunan konfransda sahibkar Rafiq Qarayev çıxış edib.

 

Qarabağ qazisi olduğunu xatırladan sahibkar bildirib ki, Qarabağ iqtisadi zonasından olan sahibkarlar burada sənaye məhəlləsinin yaradılmasını təklif edir : "Ağdamın 120 min əhalisi var. Artıq 10-a yaxın sahibkar Ağdamda sənaye məhəlləsinin və ya sənaye parkında işləməyə hazırdırr”.

 

İqtisadiyyat naziri Şahin Mustafayev isə bu sahədə xeyli işlərin görüldüyünü, son zamanlar çoxlu sayda sənaye məhəllələrinin və sənaye parklarının yaradılması istiqamətində içlərin görüldüyünü xatırladıb. “Bununla belə, əgər sahibkarlar istəyirlərsə, bu məsələ ilə bağlı görüş keçiriləcək. Sahibkarların belə təşəbbüsü varsa, onlarla görüş keçiriləcək. Sənaye məhəlləsinin yaradılması ilə bağlı bu təklif məqsədə uyğun olacaq".

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR