Bakı. Mübariz Aslanov - APA. Milli Məclisinin Əmək və sosial siyasət komitəsinin bu gün keçirilən iclasında "Sosial sığorta haqqında" qanuna dəyişikliklər müzakirəyə çıxarılıb.
APA-nın məlumatına görə, layihə barədə məlumat verən komitə sədri Hadi Rəcəbli bildirib ki, qanunun 12-ci maddəsinə edilən əlavə və dəyişikliklərə əsasən müvafiq icra hakimiyyəti orqanının qərarına əsasən yaradılan sənaye parkında müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi fəaliyyətlə məşğul olan sənaye parkının (Qaradağ Sənaye Parkının - red.) rezidenti, onun podratçısı və podratçısı ilə birbaşa müqavilə bağlamış subpodratçı tərəfindən həmin fəaliyyətin məqsədləri üçün cəlb edilən əcnəbilər 2016-cı il mayın 1-dən 5 il müddətinə məcburi dövlət sosial sığortasından azad edilir.
Layihə Milli Məclisin plenar iclasına tövsiyə olunub.