Bank Of Baku

Qazaxda sahibkarlardan investisiya layihələrinin qəbuluna başlanır

Qazaxda sahibkarlardan investisiya layihələrinin qəbuluna başlanır
# 20 noyabr 2017 14:58 (UTC +04:00)

İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu (SKMF) Qazax rayonunda sahibkarlardan prioritet hesab olunan aşağıdakı sahələr üzrə investisiya layihələrinin qəbuluna başlayır.

 

Nazirlikdən “APA-Economics”ə verilən məlumata görə, SKMF Qazax rayonunun Canalı kəndində işgüzar forum keçirib. Sahibkarlardan startap layihələrin maliyyələşdirilməsi, aqroparkın, ixtisaslaşdırılmış "yaşıl market"in, kartofçuluq, cins heyvandarlıq və arıçılıq təsərrüfatlarının, ət kəsimi, süd emalı və çörək istehsalı müəssisələrinin və otelin yaradılması istiqamətlərdə investisiya layihələrinin maliyyələşdirilməsi üçün təkliflərin qəbulu məqsədəuyğun hesab edilib.

 

Sahibkarlar investisiya layihələrinin maliyyələşdirilməsi məqsədilə müvəkkil kredit təşkilatları vasitəsilə SKMF-ya müraciət edə bilərlər.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR