Bank Of Baku

Qəbələ Şərab Zavodu Moskvada keçirilən beynəlxalq sərgidə mükafat qazanıb

Qəbələ Şərab Zavodu Moskvada keçirilən beynəlxalq sərgidə mükafat qazanıb
# 16 fevral 2015 13:33 (UTC +04:00)

Bakı - APA. “Aqro-Azərinvest” MMC-nin (Qəbələ Şərab Zavodunun) istehsalı olan “GİLAN” konyakı və “İRƏVAN QALASI” ağ süfrə şərabı növbəti beynəlxalq uğura imza atıb.


Bu barədə APA-ya “Aqro-Azərinvest” MMC-dən məlumat verilib.

 

Bildirilib ki, Moskva şəhərində keçirilən ərzaq məhsulları, içkilər və onların istehsalı üçün xammal "PRODEXPO - 2015" 22-ci Beynəlxalq sərginin “2015-ci ilin ən yaxşı məhsulu” laureatı diplomunu və qızıl medalını alıb.


Qeyd edək ki, beynəlxalq sərgi fevralın 9-13-də keçirilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR