Bank Of Baku

Rəqabət Məcəlləsinin layihəsi parlamentin yaz sessiyasında müzakirəyə çıxarılacaq

Rəqabət Məcəlləsinin layihəsi parlamentin yaz sessiyasında müzakirəyə çıxarılacaq
# 31 yanvar 2014 11:07 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Azərbaycanda Rəqabət Məcəlləsinin layihəsi artıq parlamentin yaz sessiyasında müzakirəyə çıxarılacaq. «APA-Economics»in məlumatına görə, bu barədə Milli Məclisin İqtisadi siyasət Komitəsinin bugünkü iclasında məlum olub.

 

Komitə üzvü, millət vəkili Vahid Əhmədov bildirib ki, bu qanun layihəsi ötən 8 il ərzində Milli Məclisin plenar iclaslarında iki dəfə oxunuşa çıxarılıb. Onun sözlərinə görə, bu dəfə, parlamentin yaz sessiyasında qanun layihəsi yenidən müzakirəyə çıxarılacaq: «Yenə çox narahatam ki, bu dəfə də qanun layihəsi qəbul olunmaya və geri qaytarıla. Bu qanun layihəsinin iki dəfə müzakirəyə çıxarılmasına baxmayaraq, 8 ildir ki, Rəqabət Məcəlləsini qəbul edə bilmirik».

 

Millət vəkili üzünü həmkarlarına tutaraq, yaz sessiyasında mütləq bu qanunun qəbul edilməsini xahiş edib: «Biz mütləq bu məcəlləni qəbul etməliyik. Bu məcəllənin qəbulu inhisarçılığın qarşısını almağa kömək edəcək, sahibkarlara öz məhsullarını ölkə bazarına çıxarmağa imkan və şərait yaradacaq».

 

Bundan başqa, parlamentin yaz sessiyasında «Reklam haqqında» qanun layihəsinin də III oxunuşda qəbul edilməsi gözlənilir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR