Bank Of Baku

Rusiya İxrac Mərkəzi Azərbaycanda 500 mln. dollarlıq layihələrə dəstək verib

Rusiya İxrac Mərkəzi Azərbaycanda 500 mln. dollarlıq layihələrə dəstək verib
# 25 dekabr 2017 10:57 (UTC +04:00)

Rusiya İxrac Mərkəzi (RİM) Azərbaycanda kiçik və orta sahibkarlığın sahəsində layihələrin reallaşdırılmasına dəstək verməyə hazırdır.

 

"APA-Economics" xəbər verir ki, bu barədə Rusiya İxrac Mərkəzinə daxil olan şirkətlər qrupunun rəhbəri Pyotr Fradkov bildirib.

 

"Azərbaycan bizim üçün strateji ölkədir. Biz Azərbaycanda 500 mln. dollar dəyərində layihələrin reallaşdırılmasına dəstək vermişik. Bu layihələr dəmir yolu, aqrar-sənaye kompleksi, və digər sahələri əhatə edir. Lakin biz Rusiya İxrac Mərkəzinin nümayəndəliyinin açılması ilə bu göstəricinin artmasına nail olmaq istəyirik. Biz yalnız iri şirkətləri deyil, eyni zamanda kiçik və orta sahibkarlıq subyektlərinə dəstək verməyə hazırıq", - deyə P.Fradkov vurğulayıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR