"Coffee House Azerbaijan" MMC qarşıdakı illər ərzində xidmət şəbəkəsini genişləndirmək niyyətindədir. "APA-Economics"in əldə etdiyi məlumata görə, Rusiyanın qəhvə şəbəkəsi "Şokoladnitsa" şirkəti Azərbaycandakı tərəfdaşına bununla bağlı müvafiq konsepsiya təqdim edib.
Konsepsiyaya əsasən, "Coffee House Azerbaijan" qarşıdakı 5 il ərzində ölkədə 8 qəhvəxana açmalıdır.
Bundan öncə Vergilər Nazirliyi "Coffee House Azerbaijan" MMC-ni dövlət qeydiyyatına alıb. Şirkətin nizamnamə kapitalı 10 manatdır. MMC-nin qanuni təmsilçisi Ceyhun Quliyevdir.