Bank Of Baku

Rusiyada tikilən ikinci Azərbaycan Biznes Mərkəzinin dəyəri açıqlanıb

Rusiyada tikilən ikinci Azərbaycan Biznes Mərkəzinin dəyəri açıqlanıb
# 31 may 2017 13:14 (UTC +04:00)

Cari ilin oktyabr ayında Həştərxanda Azərbaycan Biznes Mərkəzinin yaradılması planlaşdırılır. "APA-Economics" xəbər verir ki, bunu "Interfax" agentliyinə Həştərxan vilayətinin İqtisadi İnkişaf Nazirliyindən bildirilib.

 

Bildirilib ki, tikiləcək 5 mərtəbəli mərkəz 3,7 min kvadratmetr ərazini əhatə edəcək.

 

"Mərkəzdə iş adamlarının görüşünün təşkili, onlar arasında birbaşa əlaqələrin qurulması və danışıqların həyata keçirilməsi nəzərdə tutulur", - deyə qurum rəsmisi bildirib.  

 

Məlumata görə, tikintisi 2016-cı ilin dekabrında başlanılan mərkəzin inşasına 208,7 mln. rubl (6,3 mln. manat) həcmində investisiya yatırılacaq: "Layihənin investoru özəl şirkət olan "Meçta" MMC-dir. Bu investisiya layihəsinə "xüsusi status" verilib. Beləliklə, şirkət bu status üçün nəzərdə tutulan imtiyazlardan yararlana biləcək", - deyə nazirlikdən bildirilib.

 

Qeyd edək ki, tikiləcək Həştərxanda tikilən Azərbaycan Biznes Mərkəzi Rusiyada ikinci belə mərkəzdir. Birinci mərkəz isə Moskvada ucaldılır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR