Bank Of Baku

Rusiyanın daha 2 regionu Azərbaycanla iqtisadi əlaqələrini genişləndirir

Rusiyanın daha 2 regionu Azərbaycanla iqtisadi əlaqələrini genişləndirir
# 27 mart 2015 09:30 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Rusiyanın daha 2 regionu Azərbaycanla iqtisadi əlaqələrini genişləndirməkdə maraqlıdır.

 

APA-Economics”in “Rosbalt”a istinadən verdiyi məlumata görə, Bakıda keçiriləcək və regionun ən böyük kənd təsərrüfatı məhsullarının istehsalçılarının forumu olan “Caspian Agro-2015”də iştirak etmək üçün Saratov Ticarət-Sənaye Palatası nümayəndə heyətini ölkəmizə səfərə göndərəcək.

 

Həmçinin, Rusiyanın Udmurtiya Muxtar Respublikası Azərbaycanla əməkdaşlıqda maraqlıdır. Hazırda bu region da ölkəmizlə dövlət-özəl münasibətlərinin əməkdaşlığı məsələləri, həmçinin ölkəmiz tərəfindən regiona investisiyaların cəlb olunması ilə bağlı fəal müzakirələr aparılır.

 

Qeyd edək ki, bu gün Rusiyanın 75 regionu Azərbaycanla iqtisadi əməkdaşlıq edir. Bunların arasında Tatarıstan, Stavropol, Çelyabinsk, Rostov, Nijniy Novqorod, Tula, Volqoqrad, Sankt-Peterburq və Həştərxan vilayətləri var. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR